WhatsApp

Haqqımızda

Ege Hospital Saç Mərkəzi

Ege Hospital Saç Əkimi Mərkəzi müasir saç əkimi texnologiyalarını, beynəlxalq təcrübəni və xəstəxana infrastrukturunun imkanlarını birləşdirən ixtisaslaşmış mərkəzidir.

Mərkəzin fəaliyyət istiqaməti saç əkimi sahəsində müasir metodların tətbiqinə, tibbi prinsiplərə əsaslanan planlamaya və hər bir pasiyentin fərdi xüsusiyyətlərinin nəzərə alınmasına yönəlib.

Saç əkimi prosedurları təcrübəli dermatokosmetoloq Dr. Gültəkin Qəniyevanın rəhbərliyi ilə Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı əsasında həyata keçirilir.

Saç əkimi son texnologiya olan DHI (Direct Hair Implantation) texnikası ilə həyata keçirilir.

Ege Hospitalın tibbi infrastrukturu daxilində fəaliyyət göstərən mərkəzimizdə xidmətin təşkili zamanı tibbi yanaşma, gigiyena tələbləri və pasiyent təhlükəsizliyi əsas prioritetlər sırasındadır.

Prosedurun planlaşdırılması zamanı saçın mövcud vəziyyəti, donor sahəsinin potensialı və pasiyentin fərdi ehtiyacları qiymətləndirilir.

Mərkəzimizin əsas məqsədi saç əkimi sahəsində müasir texnologiyaları peşəkar yanaşma və fərdi planlama ilə birləşdirərək pasiyentlərə keyfiyyətli tibbi xidmət təqdim etməkdir. Fəaliyyətimizin bütün mərhələlərində peşəkarlıq, məsuliyyət, tibbi etika və pasiyent məmnuniyyəti prinsiplərinə əsaslanırıq.

Niyə Ege Hospital
Saç Əkimi Mərkəzi?

Xəstəxana şəraitində saç əkimi

Saç əkimi xidmətinin müasir xəstəxana mühitində, tibbi infrastruktur və gigiyena standartları nəzərə alınmaqla həyata keçirilməsi

Müasir DHI texnikası

Saç follikullarının xüsusi implantasiya aləti vasitəsilə yerləşdirilməsinə əsaslanan DHI (Direct Hair Implantation) texnikası ilə fərdi saç əkimi

Türkiyədən dəvət olunmuş mütəxəssislər

Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə peşəkar yanaşma və fərdi planlama əsasında saç əkimi xidməti

Fərdi yanaşma və planlama

Hər pasiyentin saç quruluşu, donor sahəsinin imkanları və gözləntiləri nəzərə alınaraq fərdi saç əkimi planının hazırlanması

Tibbi nəzarət və sonrakı qulluq

Saç əkimi prosesinin mərhələlər üzrə təşkili, prosedurdan sonrakı qulluq barədə tövsiyələr və sağalma dövründə müvafiq tibbi dəstək.

Online saç analizi

Saçınızın şəklini bizə göndərin, ilkin dəyərləndirməni mütəxəssislərimiz edib sizə geri dönüş edək.

WhatsApp